Suriya müxalifəti keçid hökuməti qurmaq üzərində işləyir

09.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası hazırda keçid hökumətinin formalaşdırılması üzərində çalışdığını bildirib.

APA xəbər verir ki, bu haqda koalisiyanın “Telegram” kanalında dərc olunan bəyanatında bildirilir.

“Milli Koalisiya azad və demokratik Suriyanın qurulması üçün istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə tam səlahiyyətlərə malik keçid idarəetmə orqanının formalaşdırılması üzərində çalışdığını təsdiqləyir”, - bəyanatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью