Suriya müxalifəti keşişi qubernator təyin edir?

06.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya müxalifəti yerli yepiskop Hanna Yalufu Hələbin qubernatoru təyin edə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə yayılan xəbərlər hələ rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, 2014-cü ildə “Təhrir əş-Şəm” qruplaşmasının əsasını təşkil edən “Ən-Nusra Cəbhəsi” terror təşkilatının yaraqlıları Suriyada girov götürülən Fransiskian keşişi Hanna Yalufu azad etmişdilər.

O, Fələstin ərazilərində, İsraildə, Livanda, Suriyada və İordaniyada fəaliyyət göstərən Fransiskan ordeninin inzibati vahidi olan Müqəddəs Torpaqların Qəyyumluğunun üzvüdür.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью