Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriya İnqilabi və Müxalif Qüvvələrin Milli Koalisiyasının sədri Hadi əl-Bahra prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra mülki hökumət formalaşdırmaq planlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə EFE agentliyi yazır. Əl-Bahra vurğulayıb ki, keçid hökuməti "Hayat Təhrir əş-Şam" (HTŞ) və ya digər eks
"Keçid hökumətinin tərkibi HTŞ və ya Xilasetmə Hökumətindən ibarət olmayacaq.
Bu, mülki bir qurum olacaq,” – deyə o, Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı bildirib.
Əl-Bahra həmçinin əlavə edib ki, Əsəd rejiminin devrilməsindən sonra hakim BƏƏS partiyasının buraxılması planlaşdırılmır.
Bunun əvəzinə, partiyanın normal siyasi qüvvəyə çevrilməsi nəzərdə tutulur ki, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda edilən səhvlərdən qaçmaq mümkün olsun.
"Əgər biz onları buraxsaq, təcrid edəcəyik. Təcrid edəndə isə onlar ekstremistə çevriləcəklər”, – deyə o bildirib.