Suriya müxalifətinin lideri ilk ictimai çıxışını edib

09.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriya müxalifətinin lideri Əbu Məhəmməd Əl-Culani baş verənləri bütün Yaxın Şərq üçün yazılmış yeni tarix adlandırıb. SİA “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki simvolik Əməvi məscidində qələbə nitqi söyləyib. “Biz bu ölkənin qanuni sahibləriyik. Biz döyüşdük və bu gün də bu qələbə ilə mükafatlandırıldıq”, - Əl-Culani qeyd edib. Qeyd edək ki, bu, onun Dəməşqə gəlişindən sonra ilk ictimai çıxışıdır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью