Suriya müxalifətinin lideri son döyüşlərdən bəri ilk dəfə danışdı

07.12.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Suriya müxalifətinin lideri son döyüşlərdən bəri ilk dəfə danışdı

"Suriyada silahlı müxalifətin əsas məqsədi Bəşər Əsəd rejimini devirməkdir".

Oxu.Az-ın məlumatına görə, bu barədə "Həyat Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Muhəmməd əl-Culani CNN-ə müsahibəsində bəyan edib.

O, Suriyada müxalifət qruplarının hücumunun başlanmasından bəri ilk dəfə ictimaiyyətə açıqlama verib.

"Məqsədlərdən danışanda inqilabın hədəfi bu rejimin devrilməsi olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək bizim haqqımızdır", - deyə o vurğulayıb.

Culani əlavə edib ki, "məğlubiyyət toxumları" həmişə Suriyada mövcud olan rejimin daxilində olub.

"İranlılar rejimi dirçəltməyə çalışdılar, ona vaxt qazandırdılar, daha sonra ruslar da onu dəstəkləməyə çalışdılar. Amma həqiqət budur ki, bu rejim ölüb", - deyə HTŞ lideri qeyd edib.

Onu da bildirək ki, Culani müsahibədə ilk dəfə olaraq geniş tanındığı təxəllüsü əvəzinə öz həqiqi adını - Əhməd əş-Şəranı açıq şəkildə istifadə edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью