Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. "Hər şeydən əvvəl sevindiricidir ki, Suriya, nəhayət ki, Bəşər Əsədin zülmündən qur
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, 2009-cu ilin sonunda başlamış ərəb baharı növbəti mərhələdə Suriyanı da ağuşuna almışdı: "Orada proseslər sadəcə olaraq süni şəkildə əngəlləndi.
Bəşər Əsəd dirəniş göstərdi və on minlərlə insanın ölümünə səbəb olan bir proses getdi. Ölkə darmadağın oldu.
Faktiki olaraq Bəşər Əsəd öz maraqlarını dövlətin və millətin maraqlarından üstün tutdu. Bu proses düz 15 ildir ki, davam edir.
İndi bir neçə günlük əməliyyatla müxaliflərin Suriya milli ordusunun Bəşər Əsədi devirməsi, ölkədən qaçmağa məcbur etməsi və xalqın azadlığa çıxması kimi yeni bir şərait yaradır.
Belə bir şəraitdə ağla gələn ilk məsələlərdən biri qardaş Türkiyədə sığınacaq tapmış milyonlarla suriyalının evinə qayıtması məsələsidir.
Bu məsələ o qədər də asan deyil. Çünki o insanların əksəriyyətinin ev-eşiyi darmadağın edilib.