Suriya ordusu bütün cəbhə üzrə irəliləyir VİDEO

19.01.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Suriya ordusunun hücumunun digər ərazisi Fəratı çayının şərqində və Rakkanın şimalında yerləşən Ayn-İsa dərəsi olub. Bu sektorda fəaliyyət göstərən qüvvələr Ayn əl-Ərəb bölgəsinin cənub rayonlarını da döyüşmədən nəzarətə götürüb.
Üçüncü xəttə - Rakkanın mərkəzindən Tel Abyad-Rəsulayna doğru irəliləyiş də döyüşsüz tamamlanıb.
YPG/SDQ qruplaşmasına qarşı Suriya ordusunun yanvarın 15-i axşam saatlarında başlatdığı əməliyyat zamanı Mənbic bəndi ərazisində ara-sıra şiddətli döyüşlər getsə də, mövqelərdə heç bir dəyişiklik baş verməyib.
“YPG/SDQ-nin hökumət strukturlarına inteqrasiyası üçün atəşkəs razılaşması çərçivəsində Suriyanın şimal-şərqində, kürd əhalisinin kompakt şəkildə yaşadığı Cəzirə bölgəsinə qoşun yeritməyə başlanılıb”, - Suriya ordusunun bəyanatında bildirilir.
Ərdoğan: “Suriya terrorçulardan təmizlənməlidir” Bəyanatda bu addımın regional təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanıb. Suriyanın “Əl-İxbariya” telekanalının məlumatıan görə, qoşunların yerləşdirilməsi regionda vəziyyətin sabitləşdirilməsi prosesinin bir hissəsidir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə telefon danışıqında terrorçularla mübarizədə Ankaranın Dəməşqə dəstəyini davam etdirəcəyini vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью