Suriya ordusu əkshücuma keçdi: Bu şəhər geri alındı

29.11.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya ordusu Hələb və İdlibdə “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı əks-hücum əməliyyatı keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.

“Suriya Ordusu Hələb və İdlib şəhərlərində silahlı qrupların intensiv hücumunu dəf etməyə başlayıb. Ordu İdlibin cənub-şərqində silahlıların ələ keçirdiyi mövqeləri hədəfə alaraq əks-hücum əməliyyatına başlayıb”, - məlumatda bildirilib.

Kanalın məlumatına görə, Suriya ordusu Əl-Bakum şəhərini geri ala bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью