Suriya ordusu genişmiqyaslı əkshücum əməliyyatına başlayıb

29.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya ordusu Hələb əyalətində itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

Hökumət ordusu "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması tərəfindən tutulmuş 32 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirməyə cəhd edir.

Qeyd olunub ki, Suriya ordusu apardığı şiddətli döyüşlər nəticəsində Əl-Bakum şəhərinə nəzarəti geri qayıdıb.

Suriya ordusu həmçinin İdlibin cənub-şərqində silahlı qruplara qarşı hərbi əməliyyatlar aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью