Suriya ordusu Hama şəhərinə nəzarəti itirdiklərini etiraf edib

05.12.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya ordusu Hama şəhərinə nəzarəti itirdiklərini etiraf edib.

APA AFP-yə istinadən xəbər verir ki, Suriya ordusu 2011-ci ildən bəri ilk dəfə olaraq strateji əhəmiyyətli Hama şəhərinə nəzarəti itirdiklərini açıqlayıb.

“Son bir neçə saat ərzində hərbçilərimizlə müxalifətçilər arasında toqquşmalar intensivləşib və bu dəstələr şəhərdə bəzi maneələri aşaraq şəhərə daxil olublar”, - Suriya Ordusunun bəyanatında bildirilib.

Hamadakı hərbi hissələrin şəhərin kənarına yerləşdirildiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью