Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

03.12.2024

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Suriya ordusu terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalına əlavə qüvvələr göndərir.

Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

"Suriya qoşunları müdafiə xəttini möhkəmləndirirlər. Həmin ərazilərdə terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalındakı ön cəbhə xəttinə əlavə qüvvələr göndərirlər", - agentlik yazıb.

Məlumata görə, Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.

///report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью