Suriya ordusu Həmaya yerləşdirildi

08.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya ordusunun bölmələri Həma vilayətinin cənub-qərbində yerləşən Vadi əl-Uyun şəhərinə yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq.

Qeyd edək ki, Latakiyada 6 martda keçmiş prezident Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıb və təhlükəsizlik qüvvələrinə hücum edərək, qətllər törədib. Bunun ardınca Suriya ordusu bölgəyə yeridilib, bir neçə kənd və Cəblə şəhəri nəzarətə götürülüb.

Son məlumata görə, hazırda döyüşlər Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahada gedir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью