Suriya ordusu İdlibin cənubunda silahlıların mövqelərinə zərbələr endirib

30.11.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Suriya ordusu İdlib vilayətinin cənubunda terrorçu silahlı qruplaşmaların mövqelərinə raket zərbələri endirib.

APA xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, silahlıların Ruveyha, Han əs-Sabil və Maardabsa yaşayış məntəqələrindəki mərkəzləri hücuma məruz qalıb.

Eyni zamanda hərbçilər hökümət əlehydarlarının İdlibin cənubundakı Cəbəl əz-Zaviyə dağlıq bölgəsində və Hələbin şimalındakı Marea şəhərində yerləşən mövqelərinə hava zərbələri endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью