Suriya ordusu onlarla yaraqlını məhv etdi

29.11.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya silahlı qüvvələri Hələb vilayətinin şimalında baş verən qarşıdurmalar zamanı silahlı qruplaşmaların onlarla yaraqlısını məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, terrorçular bir neçə dəfə Anadan kəndi ərazisində hökumət qüvvələrinin müdafiə xəttini yarmağa cəhd ediblər.

Bundan əvvəl “Şam FM” radiostansiyası Suriya hərbçiləri tərəfindən eyniadlı vilayətin inzibati mərkəzi olan Hələb şəhəri yaxınlığında müdafiə xətlərinin gücləndirilməsi barədə məlumat yayıb.

Zaur, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью