Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır. Noyabrın 27-də Suriyada Bəşər Əsəd rejiminə qarşı sürətli əməliyyata başlayan müxaif
Bəzi mənbələr isə iddia edir ki, Bəşər Əsədə bağlı Suriya ordusu müxaliflərə dirənmədən qaçır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bəşər Əsədə bağlı ordusunun qərargah rəisi general Əbdülkərim Mahmud İbrahim isə iddiaları təkzib edib.
O, Həma vilayətində müdafiə xəttinə gəlib və orada hərbçilərlə görüşüb.
General burada çıxış edərək deyib ki, "Heyət Təhrir Şam"ın (HTŞ) rəhbərlik etdiyi silahlı qruplara layiqli cavab veriləcək: "Bizim guya geri çəkildiyimizi iddia edənlər var.
Əksinə, biz burdayıq və qısa zamanda ölkəmizi terrorçulardan təmizləyəcəyik. Burda bizim torpağımızdır, bizim şərəf və ləyaqətimizdir.
Bununla belə, kim muzdludur və ya qanundan kənar hərəkət edib, atəş açmağa cəhd edirsə, yerindəcə tədbir görüləcək.
Suriya ərəb ordusu olaraq 14 ildir ki, biz terrorçulara müqavimət göstəririk.