Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya ordusu Latakiya vilayətini nəzarətə götürdü.
Sitat.info xəbər verir ki, bu barədə “'Al Jazeera'” məlumat yayıb.
“Latakiya nəzarətə götürülüb, hərbi obyektlərin mühasirəsi aradan qaldırılıb və keçmiş rejimin nümayəndələri çıxarılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, sözügedən bölgədə dünən keçmiş hakimiyyətin tərəfdarları Suriyanın yeni rəhbərliyinə qarşı qiyama cəhd etmişdilər. Cəhd Suriya hərbi qüvvələri tərəfindən yatırılıb./ Teleqraf