Suriya ordusu qoşunlarını Hələbdən geri çəkdi | Icma.az
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir. Suriya ordusu Hələbdən qoşunlarını geri çəkməyi qərara alıb.
Yeniavaz.com bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məluamata görə, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşu
“Biz müvəqqəti olaraq geri çəkilirik, məqsədimiz əks-hücuma başlamaqdır”, - ordu yaydığı bəyanatda qeyd edib.
Hərbçilər həmçinin əlavə edib ki, son günlər Hələb və İdlibdə müxalifətçilərlə toqquşmalarda onlarla suriyalı hərbçi ölüb və yaralanıb.
Belə ki, ötən gün Suriya Prezidenti Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən silahlı qruplar Hələbin şəhər mərkəzinə daxil olaraq şəhərin böyük hissəsini ələ keçirib.
Silahlı qruplar qubernatorluğu, polis qərargahını və hərbi hava limanını, eləcə də şəhərin simvolu olan Hələb qalasını ələ keçirib.
Şəhərdə komendant saatı tətbiq edən silahlı qruplar nəzarəti altında olan ərazilərdə yoxlamalar aparır, təhlükəsizlik tədbirləri görürlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu