Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az Suriyanın yerli mediasına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin C səviyyəli həyəcan əmri ilə İraqla sərhədə əlavə hərbi hissələr və zirehli texnikaların göndərilməsinə başlayıb.
Nazirliyin göstərişinə əsasən, Suriya-İraq sərhədi boyunca strateji nöqtələrə əlavə hərbi hissələr yerləşdirilməyə başlanılıb. Həmçinin bildirilib ki, sərhəd təhlükəsizliyini gücləndirmək üçün bölgəyə çoxsaylı zirehli texnika göndərilib.
Verilən məlumatlara görə, məzuniyyətdə olan bütün əsgərlər dərhal bölmələrinə qayıtması barədə də göstəriş verilib.
Hərbi mənbələr bütün hərbi hissələrin hazırlıq səviyyəsinin ən yüksək səviyyəyə qaldırıldığını və sərhəd boyunca təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qaldırıldığını bildirib.
Mürtəza