Suriya ordusu YPG yə xəbərdarlıq etdi

13.01.2026

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Suriya Müdafiə Nazirliyi Fərat çayının qərbindəki YPG qüvvələrinə xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xəbərdarlıqda onlardan dərhal  Fərat çayının şərqinə çəkilməsi tələb olunub.

Suriya ordusundən bildirilib ki, Fərat çayının qərbi bu gündən hərbi zona elan edilib.

Türkiyə mətbuatı yazır ki, xəbərdarlıqla yanaşı, Suriya ordusu YPG-lilərin kompakt cəmləşdiyi Fərat çayının qərbinə əlavə canlı qüvvə və hərbi texnika yığır: "Bu isə o deməkdir ki, qarşıda tərəfəri böyük bir savaş gözləyir..."

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью