Suriya prezidenti 60 illik həsrətə son qoyacaq

03.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl Şaraa sentyabr ayında ABŞ-yə səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Syria TV" telekanalı mənbələrə istinadən məlumat yayıb.

O, səfər çərçivəsində BMT-nin iclasında çıxış edəcək. Telekanal qeyd edir ki, bu, Suriya prezidentinin son 60 ildə BMT-də ilk çıxışı olacaq.

Xatırladaq ki, Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani apreldə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью