Suriya prezidenti Dəməşqdə törədilmiş partlayışlar barədə danışdı

07.07.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dəməşqin mərkəzində baş verən partlayışlar Fransa lideri Emmanuel Makronun Suriyaya səfərini pozmaq məqsədi daşıyıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa bəyan edib.

Onun sözlərinə görə, hazırda araşdırma aparılır və bu alçaq cinayəti törədənlər ən qısa zamanda saxlanılacaqlar:

"Partlayışlara baxmayaraq, Dəməşqə səfərini davam etdirmək qərarına gələn Prezident Makronun cəsarətini yüksək qiymətləndirirəm".

Suriya rəhbəri qeyd edib ki, bu addım sayəsində Suriya üçün müxtəlif sahələrdə mühüm sazişlər imzalanıb və bu sənədlər müharibədən sonrakı yenidənqurma prosesini sürətləndirməyə imkan verəcək. Öz növbəsində, Makron Suriyanın beynəlxalq birlikdə öz yerini tutmasına mane olmağa çalışan qruplaşmaların regionda fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

"Biz Suriyanın daxili işlərinə müdaxilənin və onun suverenliyinin pozulmasının bütün formalarını pisləyirik", - deyə Fransa rəhbəri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью