Icma.az, Mia.az portalına istinadən məlumat verir.
"Biz müharibədən qorxmuruq, biz ölkəmizin qürurunu qorumaq üçün savaşmağa hazırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri dünn sarayı bombalanan Suriya prezidenti Əhməd Şaraa israilin ölkəsinə son hücumuna münasibətdə deyib.
O bildirib ki, Suriya ləyqaəti uğurunda İsraillə müharibəyə hazırdır: "Biz ölkəmizi, ərazilərimizi və xalqımızı şərəflə müdafiə etməyə hazırıq. Suriya xalqı müharibədən qorxmadan mübarizəyə hazırdır".
Maraqlı budur ki, bu açıqlamanın mürəkkəbi qurumamış İsrailin Dəməşqi bombalamasına səbəb olan druzlaırn yaşadığı Sveydada bölgəsindən Suriya ordusu geri çəkilməyə başlayıb.
Tahir Şəlvəli
MİA.AZ