Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23.09.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa bəyan edib ki, əgər Təl-Əviv mövqeyini dəyişərsə və Dəməşqin hüquqlarına hörmət edərsə, İsraillə sülhün bərqərar olması mümkündür.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

"Sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanı sülh içində yaşamaq istəyənlər üçün açıqdır – hər kəsin hüquqlarını qoruyan ədalətli sülh", - Əl Şaraa deyib.

Bununla yanaşı, Suriya lideri vurğulayıb ki, Dəməşq Qolan təpələri ilə bağlı iddialarından imtina etməyəcək.

Əl Şaraa bəyan edib ki, İsrail hərbçilərinin Suriya ərazisinə hücumları və müdaxiləsi ərəb dövlətinin tam suverenliyinin tanınması barədə ümumdünya tendensiyasına ziddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью