Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, "X" sosial şəbəkə platformasındakı ilk sosial media paylaşımında Prezident Şaraa sanksiyaların başladığı ilk gündən səbirli müqavimətlərinə görə Suriya xalqına təşəkkür edib.
Suriya inqilabında canlarını qurban verənləri xatırlayan Şaraa: "Dənizdə boğulanlara, kimyəvi silahlarla nəfəsi kəsilənlərə, didərgin düşənlərə və səbirlə müqavimət göstərən hər kəsə təşəkkür edirəm", - deyə qeyd edib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Qətər Əmiri Şeyx Təmim bin Həmid Əl-Taniyaya və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana dəstəklərinə görə təşəkkür edib.
Şaraa inqilab zamanı Suriya xalqını dəstəkləyən ərəb, İslam və Avropa ölkələrinə minnətdarlığını bildirərək: "Əziz Suriya xalqı, bu gün sizin gününüzdür. Əzab dövrü bitdi. Əl-ələ verib bu milləti ən yüksək səviyyələrə çatana qədər birlikdə irəli aparacağıq", - deyə qeyd edib.
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvini də əhatə edən 901 milyard dollarlıq 2026-cı il Milli Müdafiə Səlahiyyəti Aktını (NDAA) imzalayıb.
Qadir, Bizimyol.info