Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. Adını qədim assuriyalılardan almış Suriyanın son 1000 illik tarixinə baxanda nisbətən
Osmanlı imperiyası Antanta qüvvələrinin basqısı, işğalı nəticəsində süqut etdirilincə, Suriya fransızlara qalıb.
Fransızlar Hələbi, Dəməşqi birləşdirərək federasiya halına gətiriblər, ölkənin ilk prezidenti və baş naziri də türk olub – Sübhi bəy Bərəkət əl-Xalidi.
Sonra o, fransızlarla razılaşmadığı üçün istefa verib, yerinə müvəqqəti olaraq Fransua Pyer-Alip adlı fransız gəlib.
Bu adam Fransanın digər müstəmləklərində qubernator olub-gəldiyinə görə iki ildən sonra başqa ölkəyə göndərilib, Suriyanın yeni prezident-baş naziri postuna Osmanlı sultanı II Əbdülhəmidin qohumu, çərkəz əsilli Əhməd Nami gəlib.
Burada qısa bir haşiyə: Son yüz ildə Suriyaya rəhbərlik edənlərin arasında türk, fransız, kürd, çərkəz, erməni, druz, ərəb əsilli şəxslər olub.
Əhməd Namini Tacəddin əl-Həsəni əvəz edib, ancaq o, fransızların etimadını itirdiyindən Paris onu dəstəkləməyib və növbəti seçkidə Məhəmməd Əli bəy əl-Abidə uduzub.
Əl-Abidin atası Əhməd İzzət paşa zamanında II Əbdülhəmidin müşaviri və məxfi xidmətinin rəisi olub.