Suriya rəhbəri Əhməd Şara Türkiyədə Prezident Ərdoğanla görüşəcək

31.01.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Suriya rəhbəri Əhməd Şara yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə mətbuatı yazır.

Onun səfər edəcəyi ilk ölkə Səudiyyə Ərəbistanı olacaq, bundan sonra Türkiyəyə gedəcək.

O, Ankaraya səfəri zamanı prezident Ərdoğanla ilk şəxsi görüşünü keçirəcək. Nəşrlər qeyd edir ki, danışıqların əsas mövzusu Türkiyədə qadağan olunmuş PKK ilə mübarizə olacaq. 

Ülviyyə, Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью