525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Livandakı "Hizbullah" hərəkatı Suriya rəhbərliyi ilə görüş keçirməkdə maneə görmür və belə bir təmas hər iki tərəfin razılığı əsasında uyğun vaxtda reallaşacaq.
525.az xəbər verir ki, bu barədə təşkilatın lideri Naim Qasim bildirib.
O, görüş vaxtının tərəflərin qarşılıqlı qiymətləndirməsi və razılığı ilə müəyyən ediləcəyini vurğulayıb.
Naim Qasim həmçinin Suriya və Livanın sabitliyinin qarşılıqlı əhəmiyyət daşıdığını qeyd edib: “Sabit Suriya Livan üçün dəstək mənbəyi, sabit Livan isə Suriya üçün strateji dayaq rolunu oynayır”.
Açıqlama Suriya ilə Livan arasında münasibətlərin gələcək inkişafı və regional təhlükəsizlik məsələlərinin gündəmdə olduğu bir dövrdə verilib. Hələlik Suriya rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
İlhamə Qasımlı