Suriya rejimi hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasda olmalıdır Ərdoğan

06.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefonla danışıb.

Metbuat.az xəbər verir ki, onlar regional və qlobal məsələləri, o cümlədən Suriyadakı prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib.

O, hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasının vacibliyini qeyd edib, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью