Suriya Rusiya ilə bu sazişi ləğv etdi, limanı geri aldı

21.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Suriya hökuməti Əsəd rejimi dövründə Rusiya ilə imzalanmış Tartus limanı müqaviləsini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Suriyanın Tartus Liman İdarəsi Rusiyanın “Stroytransqaz” şirkətindən limanın istismar hüququnu geri alıb.

Xatırladaq ki, 2019-cu ildə Suriya parlamentində Tartus limanının istismarının 49 il müddətinə “Stroytransqaz”a verilməsi ilə bağlı qanun layihəsi təsdiqlənmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью