Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Suriyadakı yeni administrasiya Rusiya və İrandan müsbət siqnallar alır, lakin onlar bu siqnalların aydın siyasətə çevrilməsini istəyirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Suriya Keçid Hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd Həsən əş-Şeybani bildirib.

"Suriya xalqının Rusiya və İranla problemi onların Bəşər Əsəd rejimini dəstəkləməsi idi, lakin problem Moskva və ya Tehranla bağlı deyildi. Biz qarşılıqlı hörmətə və bir-birimizin işlərinə qarışmamağa əsaslanan istənilən münasibəti alqışlayırıq", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью