Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyada geosiyasi balansın dəyişməsi fonunda Rusiyanın ölkədəki hərbi mövcudluğu yenidən gündəmə gəlib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, “Kommersant” nəşrinin məlumatına görə, Suriyanın keçid hökuməti Rusiya hərbçilərindən ölkənin şimalında yerləşən Qamışlı aerodromunu tərk etməyi istəyə bilər.
Məlumata əsasən, bu məsələ Haseke vilayətinin tam şəkildə mərkəzi hakimiyyətin nəzarətinə keçməsindən sonra müzakirə predmeti ola bilər.
Rusiya qüvvələri sözügedən aerodromda 2019-cu ildən bəri yerləşir.
Suriya mənbələrinin bildirdiyinə görə, Moskvanın artıq bu bölgədə qalması üçün əsas yoxdur.
Mənbə qeyd edib ki, ruslardan Qamışlını tam tərk etmələri xahiş oluna bilər və mövcud şəraitdə onların burada fəaliyyəti üçün real zərurət qalmayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.