Suriya Rusiyanın dəstəyinə ehtiyac duyur

12.11.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya Rusiyanın dəstəyinə ehtiyac duyur, çünki o, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə lideri Əhməd əş-Şəraa "The Washington Post" nəşrinə müsahibəsində bildirib.

“Suriya üçün Rusiyanın mövqeyi çox önəmlidir. Bizə Rusiya lazımdır, çünki o, Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bəzi məsələlərdə onun səsi bizim tərəfimizdə olmalıdır. Bundan əlavə, bizim Rusiya ilə ortaq strateji maraqlarımız var. Biz Rusiyanı Suriyaya dair məsələlərin alternativ və ya fərqli yollarla həllinə yönləndirmək istəmirik,” - deyə Suriya lideri vurğulayıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью