Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Suriya tarixində ilk dəfə bir qadın ölkənin Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edilib.
Axar.az xəbər verir ki, Suriyanın yeni hökuməti Meysə Sabirinə bankın sədri işini idarə etməyi tapşırıb.
Qeyd edək ki, Meysə Sabirin daha öncə Suriya Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsində çalışıb.