Suriya televiziyası Əsəd rejiminin devrilməsini elan etdi VİDEO

08.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya televiziyası Əsəd rejiminin devrilməsini elan edib. 
Bizim.Media xəbər verir ki, ərəb mediası tərəfindən yayılan görüntülərdə studiyada qeyri-hərbi geyimdə olan doqquz kişi görünüb.
“Associated Press” bildirir ki, müraciəti oxuyan şəxs Suriya prezidenti Bəşər Əsədin devrildiyini və bütün məhbusların həbsdən azad edildiyini bildirib. 
O, bütün üsyançıları və mülki insanları dövlət institutlarını qorumağa çağırıb:
“Yaşasın bütün dini və etnik qruplardan olan suriyalılar üçün azad Suriya dövləti”.
Xatırladaq ki, baş nazir bir müddət öncə hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib və hərbçilərə silahı yerə qoyma əmri verib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью