Suriya üç ölkənin vətəndaşlarının ölkəyə girişinə QADAĞA QOYDU

18.01.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Suriya Rusiya Federasiyası, İran və İsraildən malların idxalını, həmçinin sonuncu iki ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Suriya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Suriya Maliyyə Nazirliyi cümə günü İran, İsrail və Rusiyadan olan malların idxalına qadağa qoyulduğunu, habelə İsrail və İran vətəndaşlarının Suriyaya girişini qadağan etmək üçün ölkədəki nəzarət-buraxılış məntəqələri və limanlarının səlahiyyətlərini açıqlayıb”, - məlumatda qeyd edilib.
Nəşr əlavə edir ki, bu ölkələrdən gələn mallar müsadirə olunacaq.
Qeyd olunur ki, İsrail mallarına qoyulan qadağa artıq bir neçə ildir ki, mövcuddur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью