Suriya üç ölkəyə belə təşəkkür etdi Fotolar

17.05.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya ABŞ-nin sanksiyalarının ləğvində oynadığı rola görə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanına qeyri-adi formada təşəkkür edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, paytaxtı Dəməşqdəki Kasiyun dağının yamacında sözügedən ölkələrin lazerlə adları yazılıb.

“Təşəkkürlər Türkiyə, təşəkkürlər Qətər, təşəkkürlər Səudiyyə Ərəbistanı, dəstəyinizi heç vaxt unutmayacağıq”, - deyə yazılarda qeyd olunub.

Qeyd edək ki, Kasiyun dağı Dəməşqin müdafiəsində strateji əhəmiyyətə malikdir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью