Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. ABŞ-dan sonra Avropa İttifaqı da Suriyaya qarşı bütün iqtisadi sanksiyaların ləğvi ilə
KONKRET.az xəbər verir ki, Aİ bu axşam rəsmi açıqlama verərək Suriyada yeni mərhələnin başladığını elan edəcək.
Diplomatik mənbələr bildirir ki, Aİ-yə üzv olan 27 ölkənin səfirləri Suriyanın yenidən qurulmasına dəstək məqsədilə sanksiyaların yumşaldılmasına prinsipial razılıq əldə ediblər.
Qərarın Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin iclasında rəsmiləşdirilməsi gözlənilir.
Bu addım uzun müddət beynəlxalq təcriddə olan Dəməşq rejimi üçün dönüş nöqtəsi hesab edilir.
Aynurə İsmayıl KONKRET.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.