Suriya unitar dövlət kimi qalacaqmı? Siyasi liderlərin proznozları | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Suriyanın gələcək taleyi daxildəki qruplaşmalara tapşırıq verənlərin istəyindən asılıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov post-Əsəd Suriyasının unitar olaraq alacağı, yoxsa federasiya və yaxud konfederasiyaya çevriləcəyi barədə suala cavabında deyib: "Hələ bu barədə nəsə demək mümkünsüzdür.
Suriyanın bundan sonrakı gələcəyinin necə olacağı daxildəki və xaricdəki qüvvələrin necə razılığa gəlib-gəlməyəcəklərindən asılıdır.
Hətta ölkə daxilindəki müxtəlif qruplaşmalar arasında növbəti çəkişmələrin olması ehtimalı da istisna deyil.
Hələliksə, tapşırıq verənlər daxildəki qüvvələrə sakit dayanmaq tapşırığını verib.
Bu da onu göstərir ki, həmin qüvvələrin bundan sonrakı hərəkətləri tapşırığa bağlıdır. Nə tapşırıq verilsə, onu da edəcəklər.
Hazırki situasiyada isə Suriyada normal, sabit dövlətin olması tapşırıq verənlərin marağında deyil”.
Tam oxu
Xəbəri oxu