Suriya üsyançıları İsrail sərhədi yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürüblər

07.12.2024

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- +

Suriya üsyançıları İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Quneytra ölkənin cənub-qərbində, İsraillə şərti sərhədin keçdiyi eyniadlı əyalətin inzibati mərkəzidir.

Öz növbəsində, İsrail KİV-i hökumət qüvvələrinin Quneytradan geri çəkildiyini bildirib.

Qeyd edək ki, daha əvvəl ölkənin cənub-qərbindəki Dera və Suveyda əyalətlərindən Suriya bölmələrinin geri çəkilməsi barədə məlumat verilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью