Suriya və İraqda 9 terrorçu öldürülüb

12.01.2025

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Nazirlik: "Terrorçulara qarşı mübarizə davam edəcək"

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью