Suriya və İraqda yeni əməliyyat 5 terrorçu öldürüldü

25.01.2025

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Manset.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın Haftanin bölgəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb.

Həmçinin Suriyanın şimalındakı Barış Pınarı əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının üç üzvü zərərsizləşdirilib.

Nazirlik bildirib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью