Suriya və Livan müdafiə nazirləri iki ölkə arasında sərhədlərin demarkasiyasına dair saziş imzalayıb

28.03.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.


Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Livanın müdafiə naziri Mişel Menassa təhlükəsizlik və hərbi məsələlərdə ikitərəfli əməkdaşlığı koordinasiya etmək və gücləndirmək məqsədi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşüblər.


APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi məlumat yayıb.


Bildirilib ki, tərəflər ümumi sərhədlərin demarkasiyasına dair saziş imzalayıb.


Nazirlər növbəti görüşün Səudiyyə Ərəbistanında keçirilməsi barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью