Suriya və Livan sərhəddə sabitliyin möhkəmləndirilməsi üçün tədbirlər görəcək

15.11.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Suriyanın və Livanın daxili işlər nazirləri Ənəs Xəttab və Əhməd əl-Həccar iki ölkənin sərhədində təhlükəsizliyin təmin olunması məqsədilə güc strukturları arasında koordinasiyanın gücləndirilməsi barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Suriyanın daxili işlər nazirinin Dəməşqdə keçirilən görüşün yekunlarına dair bəyanatında məlumat verilib.

Tərəflərin əməkdaşlığın genişləndirilməsinə hazır olduqları və sərhədyanı ərazilərdə sabitliyin möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görəcəyi bildirilib.

əl-Həccar isə hər iki ölkənin narkotik qaçaqmalçılığına qarşı mübarizədə əldə etdiyi müsbət nəticələri vurğulayıb. Onun sözlərinə görə, qabaqlayıcı əməliyyatlar və həbslər sayəsində Suriya ilə Livan arasında ekstremizm təhlükəsinin qarşısının alınması istiqamətində səmərəli əməkdaşlıq davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью