Suriya və Türkiyə strateji tərəfdaşlığı sürətlə gücləndirir

14.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Suriya ilə Türkiyə arasında münasibətlər “sürətlə inkişaf edir” və iki ölkənin strateji tərəfdaşlığının əsas sahələri artıq müəyyən edilib. Bunu Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Dəməşqdə türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında çıxış edərkən bildirib.

Xəbəri “Anadolu” verib. 

Şeybani qeyd edib ki, 2024-cü il dekabrın 8-də baş verən hadisələrindən sonra Türkiyə Dəməşqdəki səfirliyini yenidən açan, sərhəd keçidlərini və təchizat yollarını bərpa edən ilk ölkələrdən biri olub və Suriyaya qarşı sanksiyaların ləğvi məsələsinin irəlilədilməsində aparıcı rol oynayıb.

Onun sözlərinə görə, iki ölkə arasında prezident və nazirlər səviyyəsində onlarla görüş keçirilib, 40 müqavilə və anlaşma memorandumu imzalanıb, 22 Suriya nazirliyi və agentliyi ilə onların türk tərəfdaşları arasında əməkdaşlıq şəbəkəsi yaradılıb.

Şeybani 8 dekabr 2024-cü ildən bəri 700 mindən çox suriyalının Türkiyədən Suriyaya qayıtdığını bildirib. O, həmçinin Türkiyənin Suriyada infrastruktur və xidmətlərin bərpasına verdiyi töhfəni qeyd edib.

Suriya xarici işlər naziri bildirib ki, ölkə vahid milli ordunun yaradılması, silahların qanuni dövlət qurumlarının əlində cəmləşdirilməsi və milli birliyin bərpası istiqamətində “qətiyyətlə irəliləyir”.

Onun sözlərinə görə, təxminən 1,6 milyon suriyalı xaricdən qayıdıb, daha 2 milyon məcburi köçkün isə öz ərazilərinə qayıdıb.

Şeybani bildirib ki, tərəflər siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələri Ali Strateji Əməkdaşlıq Komitəsi çərçivəsində gücləndirir.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью