Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres, Suriyadakı proseslərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Suriyanın şimal-şərqində qalıcı atəşkəs üçün şərait yaradılması lazım olduğuna diqqət çəkən Quterreş İŞİD-ın terror fəaliyyətlərini və varlığını artırmasının qarşısının alınması lazım olduğunu da qeyd edib.
Quterreş: "Suriya xalqını və İdlibdəki müqaviməti dəstəkləyən Türkiyə, ölkədəki tərəfləri əhatəli dialoqa razı salmaqda mühüm rol oynaya bilər", - deyə qeyd edib.
Quterreş Suriyaya qarşı sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı suala isə sanksiyaların Bəşər Əsəd rejiminə tətbiq edildiyini xatırladaraq: “Bu vəziyyət dəyişib”, - deyib.
Quterreş Suriyada keçid prosesinin artıq başladığını, lakin Suriyadakı dramatik vəziyyəti nəzərə alaraq, Suriya xalqı ilə həmrəylik nümayiş etdirmək üçün heç olmasa bir “jest” edilməli olduğunu bildirib.
BMT-nin baş katibi qeyd edib ki, şərtlər yerinə yetirildikdə bütün sanksiyalar aradan qaldırıla bilər.
Qadir, Bizimyol.info