Suriya xalqının problemlərinin həllinə dəstək verməyə hazırıq Prezident

16.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Avtosfer.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən deyib.

Məlumata görə, Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью