Suriya XİNdən QARABAĞ AÇIQLAMASI: Əhəmiyyətli hadisədir

29.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisədir.

Publika.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani nazir müavini Yalçın Rəfiyevlə görüşündə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib.

Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью