Suriya Yəmənə qoşun yeritdiyinə dair iddiaları təkzib etdi

09.11.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Səudiyyə Ərəbistanı ilə imzalanan hərbi müqavilənin Suriya qüvvələrinin Yəməndə yerləşdirilməsini nəzərdə tutmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Suriya hərbçilərinin Yəmənə göndəriləcəyi barədə iddiaları təkzib edib.

Şeybani bu barədə İordaniya-Suriya Ali Koordinasiya Şurasının Dəməşqdə keçirilən üçüncü iclasından sonra açıqlama verib. İclasda İordaniyanın xarici işlər naziri Ayman Səfədinin də iştirak edib.

Görüşdən sonra iordaniyalı həmkarı ilə birgə mətbuat konfransı keçirən Şeybani İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 11 sənədin imzalandığını bildirib. Sənədlərə anlaşma memorandumları, icra proqramları və protokollar daxildir.

Şeybani İordaniya və Suriyanın təhlükəsizliyinin bir-biri ilə əlaqəli olduğunu vurğulayaraq, iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib.

Nazir Dərada baş verən hadisələrin araşdırılması və vəziyyətin müəyyənləşdirilməsi məqsədilə birgə təhlükəsizlik və texniki komitənin yaradıldığını da açıqlayıb.

"Regionun təhlükəsizliyini və sabitliyini qoruyan regional təhlükəsizlik və müdafiə sistemi yaratmaqda qərarlıyıq", - deyə Şeybani bildirib.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью