Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyada 61 illik Əsəd rejimi “Heyət Təhrir Əl-Şam”ın lideri Məhəmməd Kolaninin başçılıq etdiyi müxalif qüvvələr tərəfindən devrildi.
Ölkədə böyük şənliklər keçirildi, köçkün düşənlər geri qayıtmağa başladılar. Beynəlxalq ictimaiyyət bu prosesi ciddi şəkildə alqışladı.
Suriyada həyat yavaş-yavaş normallaşmağa başlayıb. Lakin bütün gözlər rejimi devirən Əbu Məhəmməd Kolaniyə çevrildi.
Suriyanın gələcəyinin necə formalaşacağı ən böyük suallardan biridir.
"Suriya yenidən yeni bir müharibəyə sürüklənəcəkmi?" sualı da ən çox müzakirə olunan məsələlərdəndir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Muhammed Kolani son açıqlamasında bu narahatlıqlara çox açıq şəkildə cavab verib: "İnsanlar müharibədən çox yorulublar.
Suriya yeni müharibəyə hazır deyil və müharibəyə girməyəcək. Onların qorxuları əsassızdır. Allahın izni ilə ölkə yenidən qurulacaq.