Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Suriyanın informasiya naziri Həmzə əl-Mustafa YPG terror təşkilatı ilə əldə edilən yeni razılaşmanın icrasına bazar ertəsi günü başlayacağını açıqladı.
Turkustan.az xəbər verir ki, Suriyanın informasiya naziri Həmzə əl-Mustafa YPG terror təşkilatı ilə əldə edilən yeni razılaşmanın 18 yanvarda imzalanan memorandumun "praktik icra prosedurlarını tamamladığını" və onun icrasına bazar ertəsi günü başlayacağını açıqladı.
Suriya televiziyasına danışan Mustafa Dəməşq hökuməti ilə YPG arasında əldə edilən və atəşkəs və tədricən inteqrasiyanı nəzərdə tutan yeni razılaşmaya münasibət bildirib.
Mustafa bölgədəki Rimeylan və Suveydiyyə neft yataqlarının və Qamışlı hava limanının 10 gün ərzində Dəməşq rəhbərliyinə təhvil verilməsinin planlaşdırıldığını bildirib və yeni təyin olunmuş Haseke təhlükəsizlik direktorunun da bazar ertəsi günü vəzifəsinə başlayacağını əlavə edib.
Nazir Mustafa bildirib ki, "SDG üzvləri fərdi olaraq Müdafiə Nazirliyinə bağlı hərbi briqadalara inteqrasiya olunacaqlar".
Aytən Yaşar/ Turkustan.az